Şənbə, 20.04.2024, 13:34
Приветствую Вас Гость | RSS

Quba rayon Amsar kənd tam orta məktəbinə xoş gəldiniz.

Menyu
Məlumat

onlayn olanlar 1
Qonaq 1
kişi 0
Axtarış
Kalendar
«  Aprel 2024  »
B.eÇ.aÇC.aCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930

Tədbirlər

19 yanvar tarixind 20 yanvar faciəsinin anım günü qeyd olundu

Tədbirlər
Bu gün Azərbaycanda Konstitusiya günü qeyd olunur.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd olunur.


 
BAYRAQ GÜNÜ
9 noyabr ölkəmizdə Bayraq Günü qeyd edilir.
Bununla əlaqədar olaraq məktəbimizin akt zalında tədbir keçirildi.
Tədbirdə 3-cü sinif şagirdləri çıxış etdilər. Onlar hazırladıqları tarixi səhnəcikləri qonaqlara təqdim etdilər
Məktəb
"Məktəbin uğuru"
Elektron Təhsil Mü

Habil Bayramlı © 2024