Cümə axşamı, 18.04.2024, 20:25
Приветствую Вас Гость | RSS

Quba rayon Amsar kənd tam orta məktəbinə xoş gəldiniz.

Menyu
Məlumat

onlayn olanlar 1
Qonaq 1
kişi 0
Axtarış
Kalendar
«  Aprel 2024  »
B.eÇ.aÇC.aCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930

Məktəbimiz

                         Quba rayon Amsar kənd orta məktəbi haqqında
 

   Qədim elm təhsil ocağı olan Amsar kənd tam orta məktəbi 1939-cu ildə orta məktəb olaraq fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avandanlıqları ilə təmin olunmasına dair Dövlət proqramı (2003-2007 ci illəri)” çərçivəsində Amsar kəndində Ulu öndər Heydər Əliyevin adını daşıyan fondun hesabına yeni məktəb binası inşa edilmişdir. Hazırda məktəbin 21 sinfində komplektəşən 365 şagirdin təlim tərbiyəsi ilə 36 müəllim məşğul olur ki, bu da müəllim şagird nisbətinin 1:11 olmasına gətirib çıxarır. Məktəb Azərbaycan dilində 1 növbəli olmaqla 5 günlük iş rejmində fəaliyyət göstərir. Məktəb ixtisaslı müəllimlərlə tam təmin olunub. Onlardan 90 faizi ali təhsilli 10 faizi orta ixtisas təhsillidir. Məktəbdə 2 metodist müəlim, 2 "Müəllimərin Peşəkarlıq Səviyyəsinin Artırılması” və "İntel Gələcək üçün Təhsil” təlim paketləri üzrə təlimçi müəllim çalışır. 2009-2010cu dərs ilindən etibarən Məktəbə müəllimlərin XIII qurultayının iştirakçısı, Elektron Təhsil Respublika müsabiqəsinin qalibi Habil Bayramlı rəhbərlik edir. Son illər ərzində məktəbin həyatı əlamətdar hadisələrlə zəngin olmuşdur. Belə ki, məktəbdə rəhbərlik işinin elmi əsaslarla aparılması, pedaqoji kollektivin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili, şagirdlərlə ilboyu aparılan sistemli və məqsədyönlü işin nəticəsinə görə məktəb həyatının əlamətdar hadisələrlə zəngin olmasına səbəb olmuşdur. Əsasən gənc və istedadlı müəllimlərdən ibarət olan məktəbin pedoqoji kollektivi daim yeniliyə can atır, beynəlxalq və respublika miqyaslı layihələrdə iştirak edirlər. Məktəbin pedoqoji kollektivi Azərbaycan Respublikasının Prezidentinin 17 aprel 2006-cı il tarixli 1414 nömrəli Sərəncamı ilə "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”-nın tələblərini nəzərə almış və öz əməli fəaliyyətində tətbiq etmişdir. Elə bu səbəbdən məktəb şagirdlərinin Beynəlxalq və Respublika səviyyəli müsabiqələrdə uğurlu nəticələri bir sıra nəaliyyətləri olmuşdur. Məktəbin şagirdi Mədətov Sərxan Hümbət oğlu 2006-cı ildə Yunanıstanda, 2008-ci ildə İtaliyada yeniyətməlr arasında keçirilən king-box idman növü üzrə avropa birinciliyini qazanmış və qızıl medala layiq görülmüşdür. Qədirova Mədinə Rəsul qızı 2008-ci ildə İsveçrədə keçirilən "Uşaqların rəsm əsəsərləri” müsabiqəsində çəkdiyi rəsm əsəri qızıl medala layiq görülmüşdür. Milli irsimizi tarixi dəyərlərimiz şagirdlərə dərindən öyrədilməsinin nəticəsidir ki, məktəbin şagirdi Nurulu Elçin Telman oğlu 2010-cu ildə Ulu öndər Heydər Əliyevin andan olmasının 87-ci ildönümü münasibətilə Bakı şəhərində keçirilən inşa müsabiqəsinin Respublika turunda fəal iştirakına görə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir. 2009-2010-cu tədris ili üzrə rayon məktəbliləri arasında keçirilən "Xəmsə intelektual bilik yarışmasında” məktəbin şagirdlərindən ibarət istedadlılar komandası rayon məktəbliləri arasında birinci yerə layiq görülərək Gənclər İdman İdarəsinin kubokuna və diplomuna layiq görülüblər. Bundan başqa məkətbin şagirdləri rayonda keçirilən müsabiqələrdə fənn olimpiadalarında nümayiş etdirdikləri bilik və bacarıqlar ürək sevindirici olmuşdur. Məktəbin fəaliyyətində diqqəti cəlb edən mühüm cəhətlərdən biri məzunların ali məktəblərə və orta ixtisaslı təhsil müəsissələrinə qəbul zamanı yüksək bilik nümayiş etdirmələridir. Tələbə Qəbulu üzrə Dövlət komissiyasının rəsmi məlumatına əsasən son üç ildə ali məktəblərə qəbul zamanı məzunlarımız topladığı ballar ildən ilə artımla müşahidə olunur. Ali məktəblərə qəbulun nəticələrinə görə böyük uğur qazanan siniflərin məzunları və fənn müəllimləri barəsində rayonun "Şəfəq və Tərəqqi” qezətində dərc olunmuş geniş yazılar məktəbin müəllimləri və digər məzunlar üçün nünumnədir. Bu nəticələrin alınmasına səbəb məktəbdə şagirdlərlə dərs prosesinin düzgün təşkili müəllimlərin dərsə hazırlıqlı gəlmələri, şagirdlərlə aparılan gərgin işin nəticəsidir. Məktəb rəhbərliyinin fəaliyyətində buraxılış imtahanlarına hazırlıq ilboyu diqqət mərkəzində saxlanılır hər ayın sonu daxili yoxlama sınaq imtahanları təşkil olunur vaxtaşırı nəticələr müzakirə olunur geriliyin aradan qaldırılması məqsədi ilə müəlim və şagirdlərə zəruri tapşırığlar verilir. Bu təhsil ocağında təlim nəticələrinin yüksəldilməsində məktəbdaxili nəzarətin düzgün aparılması, müəllimlərin dərslərinin dinlənilməsi, tədris prosesinə rəhbərlik, müəllimlərə metodik koməkliyin göstərilməsidir. Fənn müəllimləri verilən göstəriş və tövsüyyələri nəzərə almaqla, il ərzində şagirdlərə dərin və əsaslı biliklər aşılamağa çalışmışlar. Bütün bunların nəticəsidir ki, Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada keçirdiyi sınaq və buraxılış imtahanlarında məktəbdə təhsil alan şagirdlərinin nəticələri yüksək olmuşdur. Son illər ərzində Təhsil Nazirliyi tərəfindən Ümumtəhsil məktəblərinin buraxılış sinifləri üzrə keçirilən buraxılış imtahanında, məktəb şagirdlərinin illər üzrə keyfiyyət və müvəffəqiyyət göstəriciləri artmaqdadır. Belə ki 2010 cu ildə Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında məktəbin XI siniflərinin müvəffəqiyyət faizi 92,4%, IX sinif şagirdlərinin 95% olmuşdur. 2010-2011 ci tədris ili üzrə buraxılış imtahanlarında müvəffəqiyyət faizi XI sinif üzrə 100% IX siniflər üzrə 98% olmuşdur. Şagirdlərin həmin imtahanlarda yüksək nəticələr əldə etməsinin başlıca səbəbi müəllimlərin fənlərin tədrisi prosesinə məsuliyyətlərinin artırılması olmuşdur. Məktəbdə bütün siniflər üzrə fənn kurikulumlarının tətbiqi fənn müəllimlərinin fəaliyyət istiqamətinin əsasını təşkil edir bu məqsədlə ayda bir dəfə şagirdlərin biliyinin çoxvariantlı test qaydası ilə yoxlanılması aparılır hər bir şagirdin fənlər üzrə kiçik summativ qiymətlərinin müəyyənləşdirilməsi təşkil edilmişdir. Verilmiş tapşırıqlar üzrə test yoxlamalarında zəif nəticə göstərən şagirdlərlə əlavə məşğələlər təşkil edilmiş həmin şagirdlərin biliyinin dövlət proqramının tələbləri səviyyəsinə yüksəldilməsi üçün il ərzində müəyyən tədbirlər görülərək icra olunmuşdur. Bu təhsil ocağının işində nəzərəçarpan cəhətlərdən ən başlıcası təhsil sahəsində təcrübəsi olan mütəxəsislərin məktəbə dəvət olunması məzunlarla "Uğurlu təlim peşələrinin seçimi, seçimlər zamanı yaranan çətinliklər və onların aradan qaldırılma yolları ” mövzusunda söhbətlərin keçirilməsi onların valideynlərinin maarifləndirilməsidir. Eyni zamanda pedoqoji kollektivin hər bir üzvü tərəfindən şagirdlərdə təlimə məsuliyyət hissinin aşılanılması mühüm əhəmiyyət kəsb edir. Pedoqoji kollektiv təlimin həyati əhəmiyyətinin şagirdlərə ətraflı surətdə şərh və izah etməkdən, məktəbliyə təlim zamanı borcunu və vəzifəsini yerinə yetirməyə sövq edən tələblər verməkdən, təlimdə pedaqoji situasiyalar yaratmaqdan səylə oxuyan şagirdləri rəğbətləndirməkdən bu və ya digər inkişaf edtdirici yanaşmalardan istifadə etməkdən kənara çəkilmir, səmərəliliyin artırılmasına xüsusi yer ayrılır. Ulu öndərimiz Heydər Əliyevin " Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” fikrini daim diqqət mərkəzində saxlayan pedoqoji kollektiv bu fikri həmişə ən vacib məsələ kimi qiymətləndirmiş və tələblərə əməl etməyə çalışmışlar. Bu gün məktəblərdə müasir inkişafı şərtləndirən amillərdən biri də tərbiyəvi iş sisteminin yenidən qurulması nəzarətin gücləndirilməsidir. Bu baxımdan məktəbdə təlim-tərbiyə işinin səmərəli və keyfiyyətli təşkili təlim göstəricilərinin uğurlu olması məktəb rəhbərliyinin fəaliyyətindən çox asılıdır. Məktəbdə tərbiyə sahəsində aparılan iş ötən illərin təcrübəsinə söykənərək daim yenilənir. Demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində şagirdin şəxsiyyət kimi formalaşması, təhsil-tərbiyə məsələlərinin müasir standartlar səviyyəsində qurulması sahəsində atılan ən böyük addımlardan biri məktəblərdə yaradılan uşaq parlamentidir. Bu təhsil ocağında yardılmış uşaq parlamenti məktəbin ictimai həyatının ayrımaz tərkib hissəsi olub. Məktəbdə təhsil alan şagirdlərin şəxsiyyət kimi formalaşmasında eyni zamanda savadlılığın artırılmasına xidmət göstərən təlim mühitinin yaradılmasında, pedoqoji kollektivin fəaliyyətinin düzgün istiqamətləndirilməsində məktəb rəhbərliyinin şəxsiyyət kimi rolu danılmazdır. Pedoqoji kollektivə rəhbərlik etdiyi dövrdə məktəb direktoru kimi Habil Bayramlı tərəfindən kadrların ixtisaslılığaına, onların təşəbbüskarlığına bilik və bacarığlarının XXI əsr tələblərinə uyğun formalaşmasına xüsusi diqqət yetirilir. Öz işinə məsuliyyətlə yanaşan, yeniliyi qəbul edib dərslərində, sinif daxili fəaliyyətində tətbiq edən müəllimlərin rəğbətləndirilməsinə xüsusi diqqət yetirmişdir. Məktəbin pedoqoji kollektivinin təlim prosesinin təkmilləşdirilməsinə, daha mütərrəqi, səmərəli metodların yaradıcı tətbiq edilməsinə, pedaqoji axtarış və tədqiqatlara xüsusi fikir verir. Kollektivin işində iki xarekterik cəhəti- bir tərəfdən yeni innovasiyaların tətbiqi, yenilikçilik, novatorluq, digər tərəfdən isə sınaqdan çıxmış pedaqoju təcrübələrin, elmi nəaliyyətlərin məktəb praktikasına yaradıcı sürətdə tətbiq edilməsini qeyd etmək lazımdır. Məqsədyönlü rəhbərliyin nəticəsidir ki, pedoqoji kollektivin işinə yaradıcı yanaşma öyrədənlərdə öyrətmək, öyrənənlərdə öyrənmək həvəsini yüksəldir. Sevindirici haldır ki, məktəbin illik və cari, həmçinin pedaqoji şurasının iş planlarında kollegiallıq və aktuallığa xüsusi diqqət yetirilir. Pedaqoji şura yığıncaqlarında müzakirə olunan məsələlər geniş təhlilə əsaslanır, qərarların dəqiqliyinə diqqət verilir, icrasına nəzarət olunur, tədrislə yanaşı, tərbiyə məsələlərinə qabaqcıl iş təcrübəsinin öyrənilib yayılması və təbliğinə xüsusi yer verilir. Onuda qeyd etmək lazımdır ki, pedaqoji şura valideyn iclaslarında təhlil və araşdırmalar, statistik göstəricilər texnologiyanın imkanlarına əsaslanaraq həyata keçirilir. Bu zaman kompyuter proqramlarında hazırlanmış diaqram və statistik göstəricələr yığıncağın iştirakçılarına verilən məlumatların məzmunlu və anlaşıqlı olmasına səbəb olur. Qısa müddət ərzində nəticələrin qazanılmasına əsas səbəblərindən biri məktəbin müəllim və şagirdlərinin pilot layihələrdə, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakıdır. Bunlardan "Valideynlərin maarifləndirilməsi” , "Beşyaşlıların məktəbə hazırlığı”, "İnternet texnologiyalarından tədris prosesində düzgün istifadə” və sair misal göstərmək olar. Belə ki, valideynlərə müasir dərsə verilən tələblər, inkişafetdirici təlim metodları ilə tanışlıq, onların vəzifə və borcları valideynlərin maarifləndirilməsi təlimi vasitiəsi aşılanılır. Hazırkı dövrdə şagirdlərin məktəbə hazırlığlı gəlmələri, onlarda ilkin biliklərin formalaşması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə məktəbdə təşkil olunmuş beşyşlıların məktəbə hazırlığı təlimi yuxarı siniflərdə öz müsbət təsirini göstərməkdədir. XXI əsr informasiya bazasının genişləndiyi bir dövrə təsadüf edir. Ölkəninn təhsil sistemində uğurla həyata keçirilən təhsil sisteminin informasiyalaşdırlması, qabaqcıl təhsil məqsədlərini dəstəkləyən ölkələrin təhsil sisteminə inteqrasiya etməkdən xəbər verir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırığı ilə hazırlanmış və təsdiq edilmiş "Ümumitəhsil məktəblərinin informasiya və Komunikasiya texnologiyaları təminatı Proqramı”nın reallaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Bu və ya digər inkişafyönümlü dövlət proqramlarınadan yararlanaraq bu təhsil ocağında da zəruri tədbirlər həyata keçirilməkdədir. Belə ki, məktəb sürətli internet şəbəkəsinə qoşulmuş 2 kompyuter otağında 20 kompyuter gün ərzində müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Məktəbin pedoqoji kollektivi tərəfindən İKT-dan tədris prosesində istifadəyə geniş yer ayrılır onlar bu sahədə bilik və bacarığlarını artırmaq məqsədilə müxtəlif trenininq və seminarlarda iştirak edirlər. Məhz bu işləırin nəticəsidirki, şagirdlər və müəllimlər tərəfindən hazırlanmış məktəb saytı, məktəb blogu və məktəbin elektron poçtu (mekteb.ucoz.ru) xarici ölkələrin məktəbləri ilə dostluq əlaqələri qurmağa, təcrübə mübadiləsi aparmağa imkan verir. Pedaqoji kollektiv Ölkə başçısının 2008-ci il 10 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş "Təhsil Sistemin İnformasiyalaşdırılması üzrə Dövlət proqramı” (2008-2012) çərçivəsində həyata keçirilən kurslarda ( "İNTEL Gələcək üçün Təhsil” , Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” , "Elektron Təhsil Resursları”) iştiakçı olmuş öyrəndikləri bilik və bacarığlarını "Xalq Kompyuter layihəsi” çərçivəsində əldə etdikləri kompyuterlərdən istifadə edərək öz dərslərində tətbiq edirlər. İKT-dan təhsilin keyfiyyət göstəricilərinin yüksədilməsində və dinamik inkişafa nəzarət etməkdə idarəedici imkanları mükəmməlləşdirir. İKT infrastrukturunun modernləşdirilməsində ən başlıcası məktəbin siyasətaparma imkanlarının təkmilləşdirməsidir. Qeyd etmək vacibdir ki, Bu təhsil ocağının idarə olunmasına İnformasiya Texnologiyaları dəstək verir. Belə ki, məktəbin tədris cədvəlləri, virtual tədris məkanlarının idarə edilməsi məktəb rəhbərliyi tərəfindən asanlıqla həyata keçirilir. Təhsil ocağında təlim nəticələrinin idarə edilməsi və bu nəticələrin vaxtında valideynlərə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Məktbdə mövcud İKT-dan istifadə edərək təhsilalanların fənn kurikulumlarına müvafiq olaraq tədris proqramını mənimsəmələrinin obyektiv müəyyənləşdirilməsində, tədris planından kənar fəaliyyətlər, aprmağa əlverişli mühit yaradır. Məhz bu təhsil ocağının rəhbərliyi və pedoqoji kollektivi tərəfindən İKT-dan geniş istifadə edilir müxtəlif müsabiqlərə, layihələrə uğurla qatılır. Son zamanlar məktəbin müsair texnologiyalarının tətbiqi üzrə layihələrdə, o cümlədən pilot layihələrdə, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında, Respublika səviyyəli müsabiqələrdə iştirakı ürək sevindirici olmuşdur. 2010-2011 ci tədris ili üzrə Təhsil Nazirliyi tərəfindən keçirilən "Elektron Təhsil” müsabiqəsinə məktəbin müəllim və şagirdləri uğurla qatılmış, hazırladığları elektron tədris resurslarını musabiqe.edu.az saytında müxtəlif nominasiyalar üzrə yerləşdiriblər. Sevindirici haldır ki, 18 iyun 2010 cu il tarixdə keçirilən müsabiqə qaliblərinin təqdimetmə mərasimində məktəbin direktoru Habil Bayramlı "İKT istifadə etməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyası üzrə I yerə layiq görülmüş və Təhsil Nazirliyinin diplomu ilə təltif olunmuşdur. Həmin müsabiqədə Amsar kənd tam orta məktəbi "Ən fəal region məktəbi nominasiyası” üzrə qalib olmuşdur. Hazırda məktəbin istedadlı şagirdlərindən ibarət komandası "Gənc İnformatiklər müsabiqəsi”-nə uğurla qatılıblar. Təlimdə müasir yanaşmaları özündə əks etdirən yeni fənn kurikulumlarının tətbiqi və onlarla işləmə bacarığının formalaşdırılması sahəsində görülən işlər I,II,III siniflərdə müsbət nəticələr verməkdədir. Yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı məktəbin ibtidai sinif müəllimləri ilk öncə təşkil olunmuş kursların iştirakçıları olmuş, bu proqramın məzmununu və mahiyyətini öyrənərək sinifdaxili fəaliyyətlərində səmərəli tətbiq edirlər. Kurikulumun tətbiqi ilə bağlı məktəb valideyn və ictimayyəti maarifləndirərək onları açıq dərslərə dəvət edir geniş təbliğat işləri apraır. Məktəbin ibtidai siniflərində dərs deyən müəllimlər arasında könüllülük prinsipinə əsaslanaraq vaxtaşırı fənn kurikulumlarının işinin təkmilləşdirilməsinə dair diskussiyalar, müzakirələr və treninqlər təşkil olunur. Ümummilli liderimiz H. Əliyevin irsinin öyrədilməsi , onun ideyalarının təbliği məktəbdə geniş vüsət alır. Milli irsimiz, tarixi dəyərlərimizi inkişafda olan gənc nəslə dərindən mənimsətmək məqsədilə hər il məktəbin yuxarı sinif şagirdləri arasında Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş inşa, rəsm müsabiqələri təşkil olunur, idman oyunları keçirilir.Bundan başqa Ulu öndər Heydər Əliyevin doğum gününə məktəbin təşkil etdiyi gül kompazisiyaları valideyn və ictmayyət tərəfində alqışla qarşılanır. Rayonumuzun tarixi keçmişini, zəngin təbiətini öyrənmək və məktəbliləri vətənpərvərlik ruhunda tərbiyə etmək pedaqoji kollektivin qarşısında duran aktual məsələlərdəndir. Bu məqsədlə rayonun qədim abidələrinə Köhnə hamama, Abasqulu Ağa Bakıxanovun ev muzeyinə, Quba məzarlığına, rayonun tarix diyarşünaslıq muzeyinə eləcə də ölkəmizin tarixi və görməli yerlərinə vaxtaşırı ekskursiyalar təşkil olunur. ( 1 aprel 2011 ci il tarixdən etibarən məktəbin gənc müəlliml və şagirdlərindən ibarət "Gənc tədqiqatçılar” komandası Quba qəzasında baş vermiş hadisələrlə, tarixi faktlarla bağlı məlumatları toplayıb Rus, İngilis və Azərbaycan dillərində internet vasitəsilə dünyanın açıq ensklopediyası sayılan vikipediyada yerləşdirilər. Ən müasir təlim metodları və texnologiyarının tətbiqi ilə seçilən məktəbin pedoqoji kollektivi sinifdənxaric və məktəbdənkənar tədbirlər zamanı şagirdlərin potensial imkanlarının hərtərəfli inkişaf etdirilməsinə də diqqət yetirilir. Məktəbdə təhsil alan şagirdlərin elmə, təhsilə marağın artırılması məqsədilə ədəbi-bədii gecələr, viktorinalar, səhnəciklər, diskusiyalar , bilik yarışmaları, müsabiqələr və kitab müzakirələri keçirilir. Bu təhsil ocağında aparılan məqsədyönlü işin nəticəsidir ki, məktəbin 3 nəfər şagirdi rayonda keçirilən "Novruz 2011” rəsm və inşa müsabiqələrinin qalibi olaraq, rayon Təhsil Şöbəsinin diplomu ilə təltif olunublar. Məktəbdə şagirdlərin ekoloji tərbiyyəsinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülmüşdür. Məktəbin müəllim və şagirdləri tərəfindən bu sahədə əməli işlər görürlər. Ötən il ərzində 2010-cu ili "Ekologiya ili” elan edilməsi ilə əlaqədar şagird və müəllimlərlə birgə yaşıllaşdırma kompaniyası həyata keçirmiş və məktəbin həyətyanı sahəsində 500-ə yaxın meyvə ağacları əkilmişdir. Tədris müəssisəsinin fəaliyyətində nəzərəçarpan ən mühüm cəhətlərdən biri də şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirilməsidir. Aparılan məqsədyönlü işin nəticəsidir ki, məktəbin "Şahinlər” komandası hər il rayonda keçirilən Şahin hərbi idman oyununda həvəsləndirici yerə layiq görülür. Məktəbdə şagirdlərin asudə vaxtının düzgün təşkilinə də geniş yer verilir. Bu baxımdan təşkil olunmuş musiqi, Gənc informatiklər, rəqs, xor, idman kimi dərnəklərin xüsusi rolu vardır. Məktəbdə çox da geniş olmayan ,lakin zəngin kitabxanası daim uşaqların xidmətindədir. Məktəbdə kütləvi tədbirlərin keçirilməsində , ümummill liderimiz Heydər Əliyevin irsinin öyrədilməsində , yeni nəşrlərlə şagirdlərin tanış edilməsində , dərsliklərin səliqəli saxlanılmasında, kitabxana fondunun zənginləşdirilib qorunmasında sözsüz ki , məktəb kitabxanasının rolu böyükdür. Hər il yeni dərs ilinin başlanğıcınadək yeni dərsliklər məktəbə gətirilir və şagirdlərin tam istifadəsinə verilir. Məktəbin bütün sahələrində onun həmkarlar təşkilatının rolu əvəzedilməzdir Məktəbdə elə bir tədbir yoxdur ki onun təşkilində bu təşkilat fəallıq göstərməsin. Tədris ili ərzində məktəbdə keçirilməsinə ehtiyac duyulan tədbirlərin təşkil olunmasında həmkar təşkilatı fəallıq göstərərək pedoqoji kollektivi öz ətrafına toplayır. Haqqında qələmə aldığımız qədim elm, təhsil ocağı olan Almsar kənd tam orta məktəbi 2010-2011 ci dərs ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı ümumitəhsil müəsissəsi” müsabiqəsinə iştirak etmişdir. 3 ”üç” mərhələdən ibarət bu müsabiqədə məktəbimizin hər bir mərhələ üzrə göstəriciləri qənaətbəxş olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyun 2011 ci il tarixli sərəncamı ilə "İlin ən yaxşı ümumitəhsil müəsissəsi” müsabiqəsinin qalibi olmuşdur.
     
                         məktəb                                                                                       2005 ci ildə
                                                                                             ulu öndərimiz adını daşıyan fondun hesabına inşa edilib
Məktəb
"Məktəbin uğuru"
Elektron Təhsil Mü

Habil Bayramlı © 2024