Şənbə, 15.12.2018, 03:33
Приветствую Вас Гость | RSS

Quba rayon Amsar kənd tam orta məktəbinə xoş gəldiniz.

Menyu
Məlumat

onlayn olanlar 1
Qonaq 1
kişi 0
Axtarış
Kalendar
«  Noyabr 2010  »
B.eÇ.aÇC.aCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930

Блог

Главная » 2010 » Noyabr » 21 » Xəbərlər
10:12
Xəbərlər
19.11.2010 Noyabrın 19-da təhsil naziri Misir Mərdanov Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah və Azərbaycanın Livandakı fəxri konsulu Nazih Gassub ilə görüşüb.
Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov belə bir görüşdən məmnunluq duyduğunu ifadə edib. Nazir Azərbaycanla Livanın qarşılıqlı münasibətləri zəminində digər istiqamətlərlə yanaşı, təhsil sahəsində də əlaqələrin inkişafına inamını ifadə edib.
Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah səmimi qəbula görə təşəkkürünü bildirib və ölkəsinin təhsil sahəsində də Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu nəzərə çatdırıb. Livanın təhsil sistemi, ali məktəbləri barədə məlumat verən qonaq qarşılıqlı tələbə mübadiləsinin məsələsinə toxunub, bu istiqamətdə əməkdaşlığa ehtiyac duyduqlarını nəzərə çatdırıb.
Azərbaycanın ali məktəblərində Livan vətəndaşlarının keçmiş sovetlər dövründə də təhsil aldıqlarını xatırladan təhsil naziri Misir Mərdanov bu baxımdan respublikamızda bu gün daha geniş imkanların olduğunu vurğulayıb. Odur ki, öncə hər iki ölkənin hökumətləri arasında müvafiq razılığın əldə olunması məsələsinə diqqət çəkən nazir, eyni zamanda ali məktəblərin qarşılıqlı əlaqələri və tanışlıq xarakterli səfərlərin təşkili haqda fikirlərini bildirib.
Ölkəmizin təhsil sistemi haqqında söz açan Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi qayğısı sayəsində son illər ərzində 2000-dən çox orta məktəbin inşa olunduğunu və əsaslı təmir edildiyini vurğulayıb. Təhsil naziri qeyd edib ki, sosial-iqtisadi yüksəlişinə görə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın dinamik inkişaf göstəriciləri BMT-nin və digər beynəlxalq qurumların müvafiq hesabatlarında da əksini tapıb. Nazir BMT-nin 2010-cu il üzrə İnsan İnkişafı Hesabatında Azərbaycanın 34 pillə irəliləyərək 169 ölkə arasında 67-ci pilləyə yüksəlməsini, əhalinin savadlılıq səviyyəsinin 99,5 faiz təşkil etməsini həyata keçirilən islahatların aydın təzahürü kimi dəyərləndirib. Misir Mərdanov bütün bu uğurların işğalçı Ermənistan tərəfindən 20 faizdən çox torpaqlarımızın zəbt edildiyi və həmin ərazilərdəki 800 təhsil müəssisəsinin ermənilər tərəfindən tamamilə dağıdıldığı bir şəraitdə qazanıldığını da nəzərə çatdırıb.
Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Просмотров: 244 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 mekteb  
Dekabrın 14-də Təhsil Nazirliyində orta məktəblərin IX-XI sinif şagirdləri və tələbələr arasında keçirilmiş "Gələcək nəsillərlə üz-üzə" III Ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi oldu.

Имя *:
Email *:
Код *:
Məktəb
"Məktəbin uğuru"
Elektron Təhsil Mü

Habil Bayramlı © 2018