Cümə, 29.03.2024, 18:13
Приветствую Вас Гость | RSS

Quba rayon Amsar kənd tam orta məktəbinə xoş gəldiniz.

Menyu
Məlumat

onlayn olanlar 1
Qonaq 1
kişi 0
Axtarış
Kalendar
«  Mart 2024  »
B.eÇ.aÇC.aCŞB
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycan haqqında

Azərbaycan - qədim ölkədir.
Azərbaycan coğrafi addır. Bu ad bir tərəfdən bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. Yəni bu ərazidə yaşayan əhali odu allah sayırdılar, oda tapınırdılar. "Azər" - od, atəş deməkdir. O biri tərəfdən, Azərbaycan ərazisində qədim zamanlarda türk soylu "Azər" sözündəndir. "Azər" - "az" və "ər" tərkibindən ibarətdir. Türk dillərində "az"ın yaxşı niyyət, uğurlu tale kimi anlamları var. "Azər" - yəni "ər kişi", "ər oğlu", "od qoruyan" deməkdir. Deməli "Azərbaycan" bu ərazidə yaşayan qədim türk dilli qəbilənin adından əmələ gəlmişdir. 

                             

            

                                                                
     Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bəşəriyyət bütün inkişaf dövrlərində bu torpaqda öz tarixini yaşamışdır. İnsanlığın ilk çağlarında Azərbaycanda insan məskənləri olmuşdur. Bugünkü bəşər mədəniyyətinin yaranması, tərəqqisi və dialektikasında Azərbaycanın öz yeri, öz payı vardır.Zaman uzun keçmişlərin bir çox arxeoloji və memarlıq abidələrini bizim üçün qoruyub saxlamışdır. Qədim daş kitabələr, əlyazmalar, əsrlərin dərinliklərindən yadigar qalmış xalça naxışları, onları oxumağı bacaranlara, başlıcası isə oxumaq istəyənlərə çox şey danışa bilər. Azərbaycanı tanımaq, onun haqqında həqiqəti bilmək üçün bu torpağa, onun adamlarına dost gözü ilə baxmaq gərəkdir.
Azərbaycan qədim mədəniyyət ölkəsidir. Buraya köçüb gəlmış oğuz tayfaları həmin ərazidə əsrlər boyu təşəkkül tapıb sabitləşmiş, dərin köklərə malik mədəniyyətlə qarşılaşaraq, öz növbələrində bu mədəniyyəti ümumtürk mədəni ənənələri ilə zənginləşdirmişlər. Xalqımızın istedadı və yaradıcılıq qüdrəti "Kitabi-Dədə Qorqud", "Oğuznamə", "Koroğlu" və bir çox başqa epik abidələrdə təcəssüm etmişdir. Bakı - Azərbaycanın paytaxtı.
Bakı - Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir.
Məktəb
"Məktəbin uğuru"
Elektron Təhsil Mü

Habil Bayramlı © 2024