Şənbə, 15.12.2018, 03:28
Приветствую Вас Гость | RSS

Quba rayon Amsar kənd tam orta məktəbinə xoş gəldiniz.

Menyu
Məlumat

onlayn olanlar 1
Qonaq 1
kişi 0
Axtarış
Kalendar
«  Dekabr 2011  »
B.eÇ.aÇC.aCŞB
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Блог

Главная » 2011 » Dekabr » 30 » 31 DEKABR - DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLIK GÜNÜNƏ VƏ YENI IL BAYRAMINA HƏSR OLUNMUŞ TƏNTƏNƏLI TƏDBIR KEÇIRILDI.
22:18
31 DEKABR - DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLIK GÜNÜNƏ VƏ YENI IL BAYRAMINA HƏSR OLUNMUŞ TƏNTƏNƏLI TƏDBIR KEÇIRILDI.
  
 
Məktəbdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik GününəYeni il bayramına həsr olunmuş təntənəli tədbir keçirildi.  Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra tədbiri giriş sözü ilə Məktəbin direktoru "Elektron Təhsil Respublika Müsabiqəsi" nin qalibi Bayramlı Habil laçın oğlu açaraq qeyd etdi ki, 31 dekabr Azərbaycan xalqının müstəqillik əldə etdiyi vaxtdan bütün dünyada yaşayan soydaşlarımıza bəxş etdiyi və ümummilli əhəmiyyət kəsb edən bir gündür. Artıq 31 dekabr Azərbaycan tarixinə Milli Həmrəylik Günü kimi daxil olmuşdu, lakin bunu rəsmiləşdirmək, dövlət səviyyəsində tanıtmaq lazım idi. Bu işi ümummilli liderimiz Heydər Əliyev etdi. Bu gün artıq dünya azərbaycanlılarının milli bayramına çevrilmişdir. Böyük dövlət xadimi Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bu gün dünyanın müxtəlif nöqtələrində yaşayan həmvətənlərimiz üçün milli birliyimizin və həmrəyliyimizin formulu kimi qəbul olunmaqdadır. Bu formul müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə və möhkəmlənməsinə, bütün dünya azərbaycanlılarının milli özünüdərkinə stimul verən mühüm faktorlardan biridir. Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın sabahı böyük zəhmət hesabına əldə olunmuş böyük tarixi nailiyyətin qorunub saxlanılmasından asılıdır. Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi Azərbaycan xalqının milli həmrəyliyini nümayiş etdirən bir fakt kimi tarixə düşdü. Fərəhli haldır ki, bu ənənə ulu öndər Heydər Əliyevin layiqli varisi Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən bu gün ləyaqətlə davam etdirilir, respublikamız gündən-günə çiçəklənir, inkişaf edir. Bu bizi sevindirir və işimizə daha məsuliyyətlə yanaşmağa, daha həvəslə çalışmağa şövq edir. Tədbirin sonunda məktəbin direktoru Bayramlı Habil bir daha qonaqları və bütün tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi, onlara öz dərin təşəkkürünü və minnətdarlığını bildirdi.
Просмотров: 817 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 prosto kamil  
salam muellim bizim mekteb en gozle mektebdi sizde en gozel mullim siniz



imza:KAMİL MUSTAFAYEV

Имя *:
Email *:
Код *:
Məktəb
"Məktəbin uğuru"
Elektron Təhsil Mü

Habil Bayramlı © 2018