Şənbə, 15.12.2018, 04:14
Приветствую Вас Гость | RSS

Quba rayon Amsar kənd tam orta məktəbinə xoş gəldiniz.

Menyu
Məlumat

onlayn olanlar 1
Qonaq 1
kişi 0
Axtarış
Kalendar
«  Mart 2011  »
B.eÇ.aÇC.aCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Блог

Главная » 2011 » Mart » 30 » Quba məzarlığı - ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliyin qanlı izlərindən biridir.
23:10
Quba məzarlığı - ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliyin qanlı izlərindən biridir.
           
Arxeologiya və Etnoqrafiya institutunun əməkdaşı Qəhrəman Ağayev məlumat verib ki, 2007-ci ilin aprel ayının 1-də Quba şəhərində, Qudyalçayın ətrafında torpaq işləri görülərkən, ermənilərin azərbaycanlılara qarşı qanlı cinayətlərindən xəbər verən kütləvi məzarlıq aşkarlanıb. Ümumi sahəsi 514 kv.m olan məzarlığın 494 kv.m. sahəsində arxeoloji tədqiqat işləri aparılıb, qalan 20 kv.m sahə isə beynəlxalq tədqiqat işləri üçün saxlanılıb. Tədqiqat işlərinin aparıldığı sahədə insan cəsədlərilə doldurulmuş 2 quyu tapılıb. Birinci quyunun dərinliyi 4.7 m, diametri isə 5 metrdir. İkinci quyunun isə dərinliyi 2, diametri 2.5 metrdir. Amma təəssüflər olsun ki, sürüşmə nəticəsində ikinci quyudan əsər-əlamət qalmayıb. Məzarlığın şərq-qərb hissəsində aparılan tədqiqatlar zamanı bəlli olub ki, o zaman buradan iki arx da keçirib. Antropoloqların rəyincə, quyulardakı sümüklərlə, arxlardakı sümüklər arasında fərqlər var. Yerli sakinlərin fikrindən sonra ekspertlər də təsdiqləyiblər ki, həqiqətən də, insanları əvvəlcə rayondakı Çuxur hamamda buxarda boğublar, sonra isə quyulara atıblar. O vaxtkı dəhşətli erməni cinayətlərinin şahidləri də bu faktı təsdiqləyiblər. Qətlə yetirilən insanların sayının çox olması ikinci quyunun qazılmasına ehtiyac yaratmışdı. Ehtimallara görə, quyunu məhz, yerli insanların özlərinə qazdırıblar, sonra isə onları da qətlə yetirərək, arxlara atıblar.
Məlumat verilib ki, məzarlıqda təxminən, 400-dən artıq insan cəsədi aşkar edilib. Hesablamalara görə, onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən, yaşlı kişilərdir. Burada aşkar edilmiş insanların hamısının soyuq silah və küt alətlərlə insanlığa xas olmayan, xüsusi qəddarlıq üsulları ilə öldürüldüyü müəyyənləşib. Müəyyənləşdirilib ki, qətllər zamanı ermənilər bir dənə də olsun güllədən istifadə etməyiblər. Bunu sübut edən bir neçə fakt var. Kəllə sümüklərinə nəzər saldıqda görürük ki,
- başın müxtəlif nayihələrindən balta ilə vurulmalar,
- bir və ya bir neçə zərbə vurmaqla başın bədəndən ayrılması zamanı xəncərlərdən istifadə,
- mismarlar vasitəsilə insanların başına əsasən, gicgah hissələrindən zərbələrin endirilməsi və s. hallar olub.
Qeyd edək ki, aşkar edilmiş insan cəsədlərinin sayı yalnız kəllə sümüklərilə müəyyən olunub. Çünki, bədən sümükləri o dərəcədə qarışıb ki, onları ayırd etmək mümkün olmayıb.
Tarixdən bəlli olduğu kimi, 1918-ci ildə daşnak erməni canilərindən Stepan Şaumyanın xüsusi tapşırığı əsasında və Hamazaspın rəhbərliyi ilə ermənilərdən təşkil olunmuş 2000 nəfərlik hərbi dəstə 10 gün ərzində Qubada kütləvi şəkildə 10 min nəfərdən artıq dinc əhalini qətlə yetirib. Bu faktı isə həm Hamazaspın özü, həm də o zaman FHK-nın üzvü olan Novıtski yazışmalarında təsdiq ediblər. Tədqiqatlar zamanı, həmçinin, bəlli olub ki, məzarlıqda azəbaycanlılarla yanaşı, Qubada kompakt şəkildə yaşayan ləzgilər, tatlar, yəhudilər, avarlar və s. etnik qrupların nümayəndələri amansızcasına qətlə yetirilərək kütləvi şəkildə basdırılıblar.
Göründüyü kimi, ermənilərin azərbaycanlılara qarşı soyqırım törətməsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Quba məzarlığında həm tarixi, həm əyani vəhşiliyi sübut edən vasitələri görmək mümkündür.
Категория: məktəb | Просмотров: 328 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Məktəb
"Məktəbin uğuru"
Elektron Təhsil Mü

Habil Bayramlı © 2018