Cümə, 29.03.2024, 14:34
Приветствую Вас Гость | RSS

Quba rayon Amsar kənd tam orta məktəbinə xoş gəldiniz.

Menyu
Məlumat

onlayn olanlar 1
Qonaq 1
kişi 0
Axtarış
Kalendar
«  Fevral 2011  »
B.eÇ.aÇC.aCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28

Блог

Главная » 2011 » Fevral » 10 » Milli qəhrəman
19:55
Milli qəhrəman
 
Məktəbdə Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd edildi
                                  


1994-cü il şəhid M. Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib. Elə həmin il hərbi xidmətə çağırılıb. Xidmətinə Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə başlayıb. Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir. Bir müddət mülki işlərdə işlədikdən sonra 2008-ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb. Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb, Gizir kimi çalışmağa başlayıb. 2010-cu ilin aprel ayından Tərtər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayır. 19 iyun 2010-cu il tarixində gecə saat 23:30- radələrində əməliyyata başlayıb. 22 yaşlı Mübariz 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və düşmənin ağlasığmaz sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşüb. O, 19 iyun 2010-cu il tarixində qəhrəmancasına həlak olur.
Prezident İlham Əliyevin 22 iyul 2010-cu il sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Biləsuvar şəhərindəki mərkəzi küçələrdən birinə, şəhərdəki xüsusi istedada malik uşaqlar üçün lisey-məktəbə onun adı verilib. Haqqında film çəkilib, kitablar yazılıb. Mübariz 7 noyabr 2010-cu ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.
ALLAH rəhmət eləsin!
Категория: məktəb | Просмотров: 350 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Məktəb
"Məktəbin uğuru"
Elektron Təhsil Mü

Habil Bayramlı © 2024